Son bir ildə Azərbaycanda 192 yeni bankomat quraşdırılıb | Banco.az

Son bir ildə Azərbaycanda 192 yeni bankomat quraşdırılıb

2025-ci ilin yanvar ayının 1-nə Azərbaycanda bankomatların sayı 3 304  ədəd təşkil edib.

Bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletendə məlumat verilib.

Ümumi bankomatların 1 772-si Bakının, 1 532-si regionların payına düşüb.

İllik müqayisədə  ümumi bankomatların sayı 192 ədəd (6,2%), Bakı şəhəri üzrə 151 ədəd (9,3%), regionlarda isə 41 ədəd (3%) artıb.