Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-sentyabr aylarında İtaliyaya 9 milyon 589 min 366 ton xam neft ixrac edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən 9 ayda Azərbaycanın bu ölkəyə neft ixracının dəyəri isə 4 milyard 992 milyon 915 min dollar təşkil edib. Hazırda İtaliya əsas neft idxalçımızdır. 2021-ci ildən (yanvar-sentyabr aylarında) bəri İtaliyaya neft ixracımızın miqdarı və dəyəri bu qədər olub:
|
İllər (yanvar-sentyabr ayları) |
Miqdar (ton) |
Dəyəri (dollar) |
|
2025 |
9 589 366 |
4 milyard 992 milyon 915 min |
|
2024 |
6 575 258 |
4 milyard 164 milyon 17 min |
|
2023 |
7 985 493 |
4 milyard 986 milyon 285 min |
|
2022 |
7 558 031 |
5 milyard 674 milyon 36 min |
|
2021 |
9 542 983 |
4 milyard 323 milyon 731 min |
Bizi sosial şəbəkələrdən izləyin!!
