Müəllif - Fərid İslamov - Banco.az
Çinin ən böyük neft emalı şirkəti Sinopec, Şandun vilayətində 140 milyon tondan çox təsdiqlənmiş şist nefti ehtiyatı aşkar etdiyini elan edib, bu barədə "Xinhua" agentliyi məlumat verib.
Bu, Çinin Təbiət Resursları Nazirliyi tərəfindən sertifikatlaşdırılmış ilk yataqdır və onun təsdiqlənmiş şist nefti ehtiyatları 100 milyon tondan çoxdur. Yataq, Şənli (Shengli) neft yatağına aid olan Cziyan (Jiyang) zonasındadır.
Cziyan zonasındakı potensial şist nefti ehtiyatları hazırda 10,5 milyard ton səviyyəsində qiymətləndirilir.
“Şənli yatağındakı şist nefti ehtiyatları, son 60 ildən çox müddət ərzində eyni yataqda aşkar edilmiş ənənəvi neft və qaz ehtiyatlarına bərabərdir,” - deyə Sinopec prezidentinin köməkçisi və Shengli Petroleum Administrative Bureau Co.-nun icraçı direktoru Sun Yunçjuan bildirib.