Siemens 6 mindən çox əməkdaşını ixtisar edəcək | Banco.az

Siemens 6 mindən çox əməkdaşını ixtisar edəcək

Müəllif - Fərid İslamov - Banco.az

 Almaniyanın Siemens AG şirkəti, qlobal səviyyədə təxminən 6 min nəfər işçisini ixtisar etməyi planlaşdırır. İxtisarlar əsasən istehsalın avtomatlaşdırılması üçün həllər üzrə fəaliyyət göstərən bölməni əhatə edəcək, – deyə şirkət məlumat yayıb.

  • 2027-ci maliyyə ilinin sonuna qədər bu bölmədə təxminən 5,6 min əməkdaş işdən azad ediləcək.

  • Bunlardan 2,6 min nəfəri Almaniyada olacaq.

  • Bu biznesdə ümumilikdə təxminən 68 min işçi çalışır və Çində tələbatın azalmasının mənfi təsirləri ilə üzləşib.

Bundan əlavə:

  • Elektromobillər üçün enerji doldurma stansiyaları sahəsində fəaliyyət göstərən bölmə də təxminən 450 iş yerini (bunlardan 250-si Almaniyada olmaqla) və ya öz işçi heyətinin üçdə birini ixtisar etməyi planlaşdırır.

  • Bu ixtisarlar artıq bu il həyata keçiriləcək.

  • Siemens bu biznesi ayrı bir struktura çevirməyi planlaşdırır.

Şirkət rəhbərliyi bildirib ki, elan edilmiş planlara baxmayaraq, Almaniyadakı işçi heyəti yaxın gələcəkdə təxminən cari səviyyədə qalacaq, çünki digər bölmələrdə yeni əməkdaşlar işə götürüləcək.

2025-ci ilin əvvəlindən Siemens-in kapitalizasiyası təxminən dörddə bir artaraq 183,5 milyard avroya çatıb.