Müəllif:Ayşən İmanova/Banco.az
Britaniya və Norveçin enerji şirkətləri “Shell” və “Equinor” Böyük Britaniyadakı neft və qaz aktivlərini birləşdirərək birgə müəssisə yaratmaq niyyətindədirlər.
Banco.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Nəşrin məlumatına görə, şirkət enerji nəhənglərinin Britaniya törəmə şirkətləri tərəfindən təsis ediləcək və kapitalda bərabər iştirak payı - 50% olan birgə müəssisəyə çevriləcək. Eyni zamanda, “Equinor” Şimal dənizində üç, “Shell” isə doqquz yataqda paya sahib olacaq.
Şirkətlər hesab edir ki, yeni müəssisə Şimal dənizində ən böyük müstəqil neft və qaz hasilatçısına çevriləcək və Britaniyaya enerji ehtiyatlarının təmin edilməsində mühüm rol oynayacaq.
Sövdələşmənin dəyəri hələlik açıqlanmayıb.