"SF Azerbaijan” BOKT MMC 50 min manat, onun vəzifəli şəxsi isə 10 min manat cərimə edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) məlumat verib
Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.1.6-cı maddələrinə əsasən "SF Azerbaijan" Bank olmayan kredit təşkilatı MMC və onun vəzifəli şəxsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 50 min və 10 min manat məbləğində cərimə edilib.