Səudiyyə Ərəbistanı Asiya bazarı üçün neftin qiymətini artırıb | Banco.az

Səudiyyə Ərəbistanı Asiya bazarı üçün neftin qiymətini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin bazar volatilliyini artırdığı bir vaxtda Asiya ölkələrinə satdığı neftin qiymətini artırıb.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlət şirkəti “Saudi Aramco” Yaxın Şərqdə münaqişələrin güclənməsi və geosiyasi gərginliyin xam neft bazarında volatilliyi artırması fonunda Asiyadakı alıcılar üçün neft qiymətlərini qaldırıb.

Səudiyyə Ərəbistanı ABŞ və Avropaya satdığı bütün növ neftin qiymətini isə aşağı salıb.

“Aramco” Asiyadakı alıcılar üçün “Arap Light” markalı xam neftin rəsmi satış qiymətini 90 sent artıraraq bareli 2,20 dollara çatdırıb.

Treyderlər və neft emalı şirkətləri arasında aparılan sorğuya əsasən, şirkətin hər barel üçün 65 sent artım həyata keçirəcəyi gözlənilirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et