Müəllif: Gülnar Əhmədli, Banco.az
ABŞ-nin Massaçusets ştatında yaşayan Pol Korkoran Powerball lotereyasında etdiyi sadə səhv sayəsində bir gecədə iki dəfə milyonçu olub.
Banco.az xəbər verir ki, Fitçburqda yaşayan Korkoran əvvəlcə iyulun 9-da keçiriləcək Powerball oyunu üçün lotereya bileti alıb.
Lakin biletin bitmə tarixini səhv oxuduqdan sonra o, başqa bir satıcıdan ikinci Powerball bileti alıb.
Korkoranın aldığı hər iki biletdə də ardıcıl beş ağ top düzgün olub. Biletlərin hər biri ona 1 milyon dollar qazandırıb. Ümumilikdə 2 milyon dollar qazanan qalib cekpotu cəmi bir nömrə ilə qaçırıb. Korkoran biletlərinin heç birində 5 nömrəli Powerball kimi tanınan qırmızı topu düzgün proqnozlaşdırmayıb. Buna görə də 217 milyon dollarlıq cek-pot başqa bir qalibə keçib.
Qalib biletlər Fitçburqdakı "Market Basket" supermarketindən və Leominsterdəki "Country Farms" supermarketindən alınıb və marketlərin hər biri 10.000 dollar mükafat alıb. Bu, hər iki şəhərdə də indiyə qədər satılan ilk 1 milyon dollarlıq Powerball biletidir.
Qeyd edək ki, Powerball cekpotunu qazanma ehtimalı 292,2 milyonda 1 olaraq qiymətləndirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!