Müəllif: Tamara Mustafayeva, Banco.az
“Samsung Electronics”in I rübdə əvvəlki illə müqayisədə mənfəətini təxminən doqquz dəfə artıracağı gözlənilir.
Banco.az xəbər verir ki, “LSEG SmartEstimate”in 27 analitikinin median proqnozuna görə, dünyanın ən böyük çip və televizor istehsalçısının əməliyyat mənfəəti martın 31-də başa çatan rübdə 5,7 trilyon vona (4,24 milyard dollar) yüksəlib.
Əgər proqnoz reallaşarsa, bu, “Samsung”un 2022-ci ilin üçüncü rübündən bəri əldə etdiyi ən yüksək mənfəəti olacaq.
Analitiklərin fikrincə, bunun səbəbi, Cənubi Koreyalı şirkətin ənənəvi olaraq ən çox qazanan çip departamentinin beş rüb ərzində təxminən 750 milyard von ilk rüblük mənfəətini bildirmə ehtimalı ilə əlaqələndirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!