"Samsung" ötən 8 ilin ən böyük satınalma əməliyyatını icra edib | Banco.az

"Samsung" ötən 8 ilin ən böyük satınalma əməliyyatını icra edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti Almaniyanın kondisioner şirkəti “FlaktGroup”u 1,5 milyard avroya almağa razılaşıb.

Banco.az xəbər verir ki, “Samsung Electronics”in yaydığı məlumata görə, özəl investisiya şirkəti “Triton” Almaniyanın havalandırma, isitmə və iqlimləndirmə sistemləri istehsalçısı olan “FlaktGroup” üçün “Samsung Electronics”in 1,5 milyard avroluq satınalma təklifini qəbul edib.

Cənubi Koreya şirkəti Şimali Reyn-Vestfaliyada istehsal edən bu Alman şirkətini satın alma səbəbi kimi süni intellekt layihələri üçün istifadə olunan məlumat mərkəzlərinin soyudulmasına olan tələbatın artmasını göstərib.

Satınalma əməliyyatının bu il tamamlanması gözlənilir. Bu, “Samsung Electronics”in son 8 ildəki ən böyük satınalma əməliyyatı kimi diqqət çəkib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram