Sahil Babayev: "Strateji valyuta ehtiyatlarımız 74 milyard dolları keçib" | Banco.az

Sahil Babayev: "Strateji valyuta ehtiyatlarımız 74 milyard dolları keçib"

Azərbaycanın strateji valyuta ehtiyatları 74 milyard ABŞ dollarını keçib.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti iclasında - “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsin III oxunuşda müzakirəsi zamanı bildirib.

"İnanıram ki, bu göstərici getdikcə artacaq. Yekdil rəy odur ki, 2024-cü il Azərbaycan üçün uğurlu il olub, makro-iqtisadi və makro-fiskal siyasət, dövlət proqramları, o cümlədən "Böyük qayıdış" proqramı uğurla icra edilib, 15 mindən çox vətəndaşımız doğma yurdunda məskunlaşmağa başlayıb, sosial rifah məsələləri həll edilib, ölkəmizin müdafiə qabiliyyəti artırılıb", - deyə o qeyd edib.

report