Rusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər | Banco.az

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər.

Banco.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Bessent bəyan edib.

Fox News-a danışan Bessent, Rusiya prezidenti Vladimir Putinin ABŞ və Avropa liderləri ilə görüşlərində söylədiklərinin tam əksini etdiyini və bombalama kampaniyasını biabırçı şəkildə gücləndirdiyini bildirib.  

Moskvaya qarşı mümkün addımlar barədə suala Bessent bildirib ki, Prezident (Donald) Tramp və mənim masada bütün seçimlərimiz var və düşünürəm ki, bu həftə onları çox diqqətlə araşdıracağıq.

Avqustun 15-də Putinlə Alyaskada keçirdiyi sammitdən sonra prezident Tramp Rusiya-Ukrayna müharibəsinin sona çatması istiqamətində irəliləyişə nail olub-olmadığını “iki həftə ərzində” biləcəyini deyib və Moskvaya qarşı mümkün sanksiyalara işarə edib. 

Tramp xəbərdarlıq etmişdi ki, heç bir irəliləyiş əldə olunmasa, böyük sanksiyalar və ya böyük tariflər və ya hər ikisi gündəmdə ola bilər. 

ABŞ dövlət katibi Marko Rubio Alyaska sammitindən sonra Trampın yeni sanksiyalar tətbiq etmək variantının olduğunu, lakin bunun “danışıqların sonu” demək olduğunu bildirib.