Rusiyanın ən zənginlərinin sərvəti 15 milyard dollara yaxın artıb | Banco.az

Rusiyanın ən zənginlərinin sərvəti 15 milyard dollara yaxın artıb

Ən zəngin rusların sərvəti 2025-ci ilin əvvəlindən təxminən 15 milyard dollar artıb.

Banco.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat verib.

Bloomberg Billionaires Index-in məlumatına görə, ilin əvvəlindən Metalloinvest səhmdarı Əlişir Usmanov kapitalını 3,64 milyard dollar artıraraq 16,9 milyard dollara çatdırıb. Sərvət artımına görə ikinci yeri 2,52 milyard gəlirlə EuroChem və SUEK həmtəsisçisi Andrey Melniçenko tutub. Onun sərvəti hazırda 22,7 milyard dollar qiymətləndirilir.

Bloomberg-in məlumatına görə, rusiyalı milyarderlər arasında ən böyük itkiyə NLMK-nın  direktorlar şurasının sədri Vladimir Lisin dəyib . 2025-ci ildə onun sərvəti 2,3 milyard dollar azalaraq 23,5 milyard dollara düşüb.

Aprel ayında Bloomberg Milyarder İndeksi Trampın 75 ölkədən məhsullara daha yüksək gömrük rüsumlarının tətbiqini təxirə salmaq qərarından sonra dünyanın ən zəngin insanlarının ümumi sərvətinin rekord həddə yüksəldiyini açıqlayıb.