Rusiyanın büdcə kəsiri 10 milyard dolları keçəcək | Banco.az

Rusiyanın büdcə kəsiri 10 milyard dolları keçəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Rusiyanın federal büdcə kəsiri 2025-ci ildə 1,173 trilyon rubl (təxminən 11 milyard ABŞ dolları), 2026-cı ildə 2,181 trilyon rubl, 2027-ci ildə isə 2,761 trilyon rubl təşkil edəcək.

Banco.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış 2025-ci il və 2026-2027-ci illər planı dövrü üçün federal büdcə haqqında qanunda deyilir.

Sənədə görə, federal büdcənin gəlirləri 2025-ci ildə 40,296 trilyon rubl (təxminən 680 milyard manat), 2026-cı ildə 41,84 trilyon rubl və 2027-ci ildə 43,154 trilyon rubl proqnozlaşdırılır. Xərclər 2025-ci ildə 41,469 trilyon rubl, 2026-cı ildə 44,022 trilyon rubl, 2027-ci ildə isə 45,915 trilyon rubl səviyyəsində gözlənilir.

Beləliklə, federal büdcə kəsiri 2025-ci ildə 1,173 trilyon rubl, 2026-cı ildə 2,181 trilyon rubl, 2027-ci ildə isə 2,761 trilyon rubl təşkil edəcək. İnflyasiya səviyyəsinin 2025-ci ildə 4,5 %, 2026 və 2027-ci illərdə isə 4 % olacağı proqnozlaşdırılır.