Müəllif:Mehin Qasımova,Banco.az
2025-ci ilin əvvəlindən rus milyarderlərinin sərvəti 18 milyard dollar artıb.
Banco.az xəbər verir ki, Bloomberg Milyarderlər İndeksinin (BBI) məlumatına görə, 2025-ci ilin əvvəlindən rusiyalı milyarderlərin ümumi sərvəti 17,8 milyard dollar artıb.
Reytinqdə dünyanın ən varlı 500 nəfəri arasında 21 rusiyalı biznesmen də yer alıb və onların ümumi sərvəti dekabrın 1-nə 306,5 milyard dollar təşkil edib.
İl ərzində ən çox sərvəti artan oliqarx Metalloinvest-in səhmdarı Əlişir Usmanov olub – onun sərvəti 5,32 milyard dollar artaraq 18,5 milyard dollara yüksəlib və o, Rusiya daxilində siyahıda yeddinci yerdən altıncı yerə qalxıb.
Reytinqdə Rusiyanın ən varlı şəxsi olaraq qalan Vladimir Potaninin sərvəti il ərzində 1,76 milyard dollar artaraq 29,5 milyard dollara çatıb. “Severstal”ın benefisiarı Aleksey Mordaşov isə sərvətini 2,57 milyard dollar artıraraq 25,8 milyard dollara yüksəlib və ikinci yeri tutub. O, bu nəticə ilə “Lukoyl”un həmsahibi Vahid Ələkbərovu geridə qoyub.
Bloomberg-in əvvəlki hesablamalarına görə, rus milyarderləri 2025-ci ilin ilk aylarında ümumilikdə təxminən 22,5 milyard dollar əlavə sərvət əldə ediblər.
