Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi 16,3% azalıb | Banco.az

Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi 16,3% azalıb

Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi 2025-ci ildə 16,3% azalıb.

 RBK-nın araşdırmasına görə, Rusiyadan Azərbaycana pul köçürmə əməliyyatlarının həcmi ötən ilin yanvar-sentyabr ayları arasında azalaraq 343 milyon dollar təşkil edib.

    2021-ci ildə köçürmələrin məbləği 623 milyon dollara çatın, lakin 2024-cü ilin yekununda bu rəqəm artıq 410 milyon dollara düşüb.

    RBK-nın hesabatında qeyd olunur ki, ümumilikdə, 2025-ci ildə Rusiyadakı fiziki şəxslərdən Azərbaycan, Qazaxıstan və Gürcüstan kimi qonşu ölkələrə pul köçürmələrinin həcmi əhəmiyyətli dərəcədə azalıb, ən kəskin azalma Ermənistana köçürmələrdə - təxminən 60% müşahidə olunub.

    Bəzi ekspertlərin fikrincə, Rusiyadan Azərbaycana pul köçürmələrinin azalması mövsümi amillər, xaricə köçürmələr üçün daha sərt tənzimləmə tələbləri və daha sərt miqrasiya nəzarəti fonunda Rusiyadan Azərbaycan vətəndaşlarının axınının davam etməsi ilə əlaqədardır.

    Rəsmi statistikaya görə, 2025-ci ilin əvvəlində Rusiyada rəsmi qeydiyyatdan keçmiş Azərbaycan vətəndaşlarının sayı 331 min nəfər idisə, ilin sonuna qədər bu rəqəm 224 minə düşüb.

    apa