Rusiyada inflyasiya gözlənildiyindən daha sürətlə yavaşlayır | Banco.az

Rusiyada inflyasiya gözlənildiyindən daha sürətlə yavaşlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina Rusiya Mərkəzi Bankının Maliyyə Konqresində çıxış edib.

Banco.az xəbər verir ki, Nabiullina Rusiyadakı bəzi sektorlarda çətinliklərin yaşandığının fərqində olduqlarını vurğulayıb və son illərdə baş verən sürətli artımdan sonra iqtisadi yavaşlamanın qaçınılmaz olduğunu, Rusiyanın dövri bir soyuma mərhələsindən keçdiyini bildirib.

Nabiullina Rusiyadakı inflyasiya səviyyəsinə dair belə deyib: “İnflyasiyanın gözlədiyimizdən daha sürətlə zəiflədiyini görürük, lakin illik göstərici hələ də hədəfdən yuxarıdır. Əmək bazarında açıq yerlər davam etsə də, gərginliyin azaldığını müşahidə edirik.”

“Güclü rubl da faiz dərəcəsi kimi iqtisadiyyata təsir edir”

Nabiullina inflyasiya və iqtisadi fəaliyyətdəki soyumanın sürətlənəcəyi halda siyasət faizini daha tez endirə biləcəklərini vurğulayıb və güclü rublun da faiz dərəcəsi kimi iqtisadiyyata təsir edən mühüm amil olduğunu qeyd edib.

Nabiullina güclü rubl və yüksək siyasət faizi səbəbindən xüsusilə ixracatçıların təsirləndiyini, rublun zəifləməsinin isə iqtisadiyyatı daha həssas və kövrək hala gətirdiyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram