Rusiya Mərkəzi Bankı gələn həftə faizləri endirə bilər | Banco.az

Rusiya Mərkəzi Bankı gələn həftə faizləri endirə bilər

Rusiya Bankı (Mərkəzi Bank) gələn həftə, aprelin 28-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini azalda bilər. "Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, bu barədə açıqlamanı Rusiya Bankının rəhbəri Elvira Nabiullina verib.

Maliyyə Nazirıliyinin iclasında çıxış edən Nabiullina azalmanın 0,25 və ya 0,5 faiz bəndi olacağını deyib. Qeyd edək ki, mart ayının inflyasiya səviyyəsinin illik müqayisədə 4,1%-ə enməsi Rusiya Bankının 4% hədəfinə yaxın olduğundan uçot dərəcəsinin azaldılması gözlənilir.

"Bloomberg" agentliyinin 17 iqtisadçı arasında keçirdiyi sorğuya əsasən, əksəriyyət 28 aprel iclasında Rusiya Bankının uçot dərəcəsini 0,25 faiz bəndi azaldacağını proqnozlaşdırır.

"Report"un analitik qrupu uçot dərəcəsinin azaldılmasının rublun məzənnəsinə təsir etməyəcəyini ehtimal edir. Bununla yanaşı, yay aylarından etibarən manatın məzənnəsinin sabitləşməsi fonunda Azərbaycan Mərkəzi Bankının (AMB) da uçot dərəcəsini azaltması mümkündür.

Mənbə: Report.az