Rusiya iqtisadiyyatı həyəcan təbili çalır | Banco.az

Rusiya iqtisadiyyatı həyəcan təbili çalır

Rusiya İqtisadi İnkişaf Naziri Maksim Reşetnikov, rəqəmlərə görə Rusiya iqtisadiyyatının soyuma prosesində olduğunu deyib.

Banco.az xəbər verir ki, o qeyd edib ki, iş dünyasının vəziyyətinə və onun göstəricilərinə nəzər saldıqda, tənəzzülə girmək ərəfəsindəyik. 

Rusiya İqtisadi İnkişaf Naziri  əlavə edib ki, mövcud faiz dərəcələri həm yeni layihələrə, həm də investisiyalara mane olur.

Reşetnikov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən "İqtisadiyyata dair təkliflər" adlı paneldə çıxış edib.

Rusiya iqtisadiyyatının birinci rübdə güclü performans göstərdiyini, lakin investisiyalarda artımın yavaşladığını qeyd edən Reshetnikov, "Biz hazırkı faiz dərəcələrinin təkcə kreditlərlə yeni layihələrə deyil, həm də investisiya fondlarına ciddi şəkildə mane olduğunu görürük",- dedi.

Sözügedən şərhin bir proqnoz olmadığını vurğulayan Reshetnikov deyib ki, sadəcə tənəzzülün astanasında olduğumuzu düşünürəm:

"Hər şey davam edən prosesdə verəcəyimiz qərarlardan asılı olacaq".

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı iyunun 6-da keçirdiyi iclasda uçot dərəcəsini 2022-ci ilin sentyabrından bəri ilk dəfə olaraq 21 faizdən 20 faizə endirib.