Emil Səfərəliyev “Rabitəbank” ASC-nin Biznes Bankçılığı Departamentinin Direktor müavini vəzifəsinə təyin olunub.
Bank sektorunda 15 ilə yaxın zəngin təcrübəyə malik olan Emil Səfərəliyev, 2009-cu ildən bu sahədə fəaliyyət göstərir və müxtəlif banklarda filial müdiri, şöbə müdiri kimi mühüm vəzifələrdə çalışıb.
O, 2023-cü ilin yanvar ayından etibarən Rabitəbankın Biznes Bankçılığı Departamentində KOB Kreditlər şöbəsinin rəisi kimi uğurlu fəaliyyət göstərir.
15 may 2025-ci il tarixində direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin bakalavr məzunudur.
Hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.