Rabitəbank rəhbərliyi və əməkdaşları Ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib.
Bank rəhbərliyi və əməkdaşları bu gün Müşfiqabad qəsəbəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə həyata keçirilən ağacəkmə aksiyasında iştirak edərək öz töhfələrini verib.
25 aprel 2025-ci il tarixində Müşfiqabad qəsəbəsində baş tutan aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Sığortaçılar Assosiasiyası, Mikromaliyyə Assosiasiyası, Fond Bazarı İştirakçıları Assosiasiyası və Fintex Assosiasiyası arasında “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”una əsasən həyata keçirilmişdir. Aksiyanın məqsədi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə 2023-cü ildən başlayaraq 10 il ərzində bir milyon ağacın əkilməsi ilə bağlı müvafiq işlərin görülməsidir.