Qlobal qızıl tələbi 10% artıb | Banco.az

Qlobal qızıl tələbi 10% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ümumdünya Qızıl Şurasının hesablamalarına görə, 2025-ci ilin ikinci rübündə birjadankənar (OTC) əməliyyatlar istisna olmaqla qızıla qlobal tələbat 1,08 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün nəticəsini 10% üstələyir.

Banco.az xəbər verir ki, ardıcıl ikinci rübdür yüksək səviyyədə qalan investisiya fondlarına qızıl axını tələbin artmasında əsas rol oynayıb. 

Buna isə öz növbəsində qlobal ticarət siyasətinin qeyri-müəyyənliyi, geosiyasi qeyri-sabitlik və qızılın qiymətinin artması şərait yaradıb. Tələbat artımında qızılın qiymətinin artması və qızılın “güvənli liman” olaraq hesab edilməsi də rol oynayıb.

Mərkəzi banklar alışlarının azaldılmasına baxmayaraq, qlobal tələbin əsas drayveri olaraq qalır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram