Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal neft tədarükü noyabrda gündəlik 130 min barel artıb.
Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft hasilatının noyabr ayında əvvəlki ayla müqayisədə gündəlik təxminən 130 min barel artaraq 103 milyon 440 min barelə çatdığını bildirib.
IEA-nın noyabr ayı üzrə neft bazarı hesabatına əsasən, ötən ay Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft tədarükü əvvəlki ayla müqayisədə gündəlik 180 min barrel artaraq 27 milyon 210 min barelə çatıb.
Bu dövrdə OPEC-in xam neftdən başqa qeyri-ənənəvi hasilatı isə gündəlik 5 milyon 620 min barel olaraq qeyd edilib. Bununla da OPEC-in ümumi neft tədarükü ötən ay gündəlik 32 milyon 830 min barel olaraq qeyd edilib. Bu, əvvəlki ayın səviyyəsindən gündəlik 170 min barel çoxdur.
OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı isə sözügedən dövrdə 50 min barel azalaraq 70 milyon 610 min barelə düşüb.
Beləliklə, qlobal neft tədarükü noyabrda əvvəlki ayla müqayisədə gündəlik təxminən 130 min barel artaraq 103 milyon 440 min barelə çatıb. Gündəlik hasilat isə illik müqayisədə 230 min barel artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!