Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal LNG idxalı 2023-cü ildə 3,4 faiz artıb.
Banco.az xəbər verir ki, Neft İxrac Edən Ərəb Ölkələri Təşkilatının (OAPEC) 2023-cü il LNG bazarı üçün dərc etdiyi hesabatdan toplanan məlumatlara görə, LNG bazarında qlobal idxal tarixin ən yüksək səviyyəsinə çatıb.
Məlumatlar göstərir ki, sözügedən dövrdə LNG idxalı 2022-ci ilə nəzərən 3,4 faiz artaraq 409,3 milyon hesablanıb.
Çin, Yaponiya və Cənubi Koreyanın rəhbərlik etdiyi Asiya bazarı bu idxalın əsas iştirakçıları olublar. Belə ki, Asiya bazarının LNG idxalı 2023-cü ildə əvvəlki ilə nisbətən 3 faiz artaraq 261,6 milyon tona çatıb.
Türkiyə və İngiltərənin yer aldığı cədvəldə Avropanın LNG idxalı ötən il 2022-ci illə müqayisədə 0,07 faiz azalaraq 126 milyona düşüb. Türkiyə və Böyük Britaniya istisna olmaqla, Aİ-nin LNG idxalı isə sözügedən dövrdə əvvəlki ilə görə 4,9 faiz artaraq 100,3 milyon tona çatıb.
Qlobal LNG bazarlarında ötən il ixracatını artıran ölkələr arasında isə Əlcəzair, Anqola, Kamerun, İndoneziya, Mozambik, Norveç və ABŞ yer alıb. ABŞ, Qətər və Avstraliya qlobal LNG ixracatının təxminən 61 faizini təşkil edərkən, 2023-cü ildə ABŞ 89,5 milyon tonla ən çox LNG ixrac edən ölkə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!