Qlobal çip satışları 22% artıb | Banco.az

Qlobal çip satışları 22% artıb

Müəllif:Ayşən İmanova/Banco.az

Qlobal çip satışları oktyabrda illik müqayisədə 22,1% artaraq 56,9 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, bu barədə Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SIA) məlumat yayıb.

Məlumata görə, sentyabr ayı ilə müqayisədə satışlar 2,8% artıb.

“Qlobal yarımkeçiricilər bazarı 2024-cü ili yüksək notda başa vurur, aylıq satışlar ardıcıl yeddinci aydır ki, yüksəlir. Ümumi satışların bu il təxminən 20% artacağı gözlənilir.”, - deyə SİA prezidenti və baş icraçı direktoru Con Nyufer bildirib.

Şimali və Cənubi Amerikada satışlar oktyabrda illik müqayisədə 54%, Çində isə 17% artıb. Yaponiyada onlar 7,4%, Asiya-Sakit okean və digər regionlarda 12,1% artıb. Eyni zamanda, Avropada 7% azalma qeydə alınıb.

Qeyd edək ki, SIA yarımkeçirici sənayesinin Amerika nümayəndələrinin təxminən 99%-ni və digər ölkələrin çip istehsalçılarının təxminən 66%-ni birləşdirir.