Qlobal borc rekord qırdı | Banco.az

Qlobal borc rekord qırdı

Qlobal borc rekord qırıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal borc monitorinqi” hesabatını dərc edib.

Hesabata görə, qlobal borc ilin birinci rübündə 7,5 trilyon dollardan çox artaraq 324,3 trilyon dollara çatıb.

Bu dövrdə rekord qıran qlobal borc məbləği keçən ilin eyni dövründə 313 trilyon dollar olaraq hesablanmışdı .

ABŞ dollarının əsas ticarət tərəfdaşlarına nisbətən ucuzlaşması dollarla borcun artmasına səbəb olub. Bununla belə, 2025-ci ilin birinci rübündə qeydə alınan borc artımı 2022-ci ilin sonundan bəri hər rübdə orta hesabla 1,7 trilyon dollar artımdan dörd dəfə çox olub.