Qlobal bazarlar Fed sədrinin gözlənilən çıxışına fokuslanıb | Banco.az

Qlobal bazarlar Fed sədrinin gözlənilən çıxışına fokuslanıb

Qlobal bazarlar ABŞ Mərkəzi Bankının sədri Cerom Pauellin bu həftə ABŞ-ın Vayominq ştatının Cəkson Hol qəsəbəsəndə keçiriləcək illik qlobal mərkəzi bankların konfransında edəcəyi çıxışına fokuslanıb.

Pauell "dəyişən iqtisadiyyatda pul siyasəti" adlı simpoziumda çıxış edəcək.

Cəkson Hol (Jackson Hole) toplantısı Avqustun 23-25-də keçiriləcək.

Çümə axşamı isə Fed-in Avqust ayı iclasının protokolları açıqlanacaq. Fed bu iclasda faizi dəyişdirməmiş, amma daha çox faiz artıra biləcəyinin siqnalını vermişdi.

Marja.az