Qızılın qiyməti yenidən 3400 dollara yaxınlaşıb | Banco.az

Qızılın qiyməti yenidən 3400 dollara yaxınlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

Birja məlumatları xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 2.13% artaraq 3 394.50 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 1.17% artaraq 33.61 ABŞ dolları olub.