Qızılın qiyməti bir qədər ucuzlaşıb | Banco.az

Qızılın qiyməti bir qədər ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti 3 000 ABŞ dollarından aşağı enib.

Birja məlumatları xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,28% azalaraq 2 992,7 ABŞ dollarına bərabər olub.