Qızıl və gümüş ucuzlaşmaqda davam edir | Banco.az

Qızıl və gümüş ucuzlaşmaqda davam edir

Müəllif:Mehin Qasımova,Banco.az

Qızıl son on ilin ən kəskin enişini yaşadıqdan sonra ucuzlaşmağa davam edib, gümüş isə rekord səviyyələrdən kəskin geriləyib.

Banco.az xəbər verir ki, bu gün spot qızıl 6,3%-ə qədər dəyər itirib, gümüş isə əvvəlcə bahalaşsa da, daha sonra unsiyası təxminən 75 dollara enib. Gümüş əvvəlki sessiyada tarixdə ən böyük itkisini yaşamışdı.

Analitiklərin fikrincə, satış dalğası hələ bitməyib. Keçmiş JPMorgan strateqi Robert Qotlib investorların əlavə risk götürmək istəməməsinin bazarda likvidliyi zəiflədəcəyini bildirib.

Ekspertlər enişi ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminin rəhbərliyinə Kevin Uorşu namizəd göstərəcəyi xəbəri ilə əlaqələndirirlər. Bu açıqlama dolları gücləndirib və qiymətli metallara təzyiqi artırıb.

Məlumata görə, qızıl 4,4% azalaraq 4 680 dollar, gümüş isə 2,2% ucuzlaşaraq 83,3 dollar səviyyəsində ticarət olunub.