Qızıl qiymətləri FED-in iclası öncəsi ucuzlaşıb | Banco.az

Qızıl qiymətləri FED-in iclası öncəsi ucuzlaşıb

Qızıl qiymətləri Federal Ehtiyat Sisteminin (FRS) ilin yekun iclasının nəticələri ərəfəsində ucuzlaşır.

Banco.az xəbər verir ki, Comex birjasında fevral ayı qızıl fyuçersləri təqribən 0,16% azalaraq 4 211,15dollar/unsiya təşkil edib.

Bazar iştirakçıları faktiki olaraq əmindirlər ki, Federal Ehtiyat Sisteminin nəticələri çərşənbə günü axşam açıqlanacaq iclasında əsas faiz dərəcəsini 25 baza bəndi azaldacaq. Tənzimləyici həmçinin yenilənmiş makroiqtisadi proqnozları və siyasətçilərin gələcək dərəcə yolu ilə bağlı proqnozlarını açıqlayacaq.