Müəllif: Mehin Qasımova, Banco.az
Qızıl 4000 dollarlıq rekordu keçdikdən sonra ucuzlaşıb.
Banco.az xəbər verir ki, çərşənbə günü qızılın unsiyası 4000 dollardan yuxarı olan rekord səviyyədən geri çəkilib.
Kəskin artımdan sonra qiymətli metal korreksiya mərhələsinə daxil olub. Texniki göstəricilər son bir ay ərzində qızılın “həddindən artıq alınmış” zonada ticarət edildiyini göstərir ki, bu da investorlar arasında qazanc əldə etmək üçün satışlara səbəb olub.
Qızılın “təhlükəsiz sığınacaq” kimi cəlbediciliyi ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə sülh sazişinin “çox yaxın” olduğunu açıqlamasından sonra bir qədər zəifləyib.
Bununla belə, qlobal ticarətdəki qeyri-müəyyənliklər, ABŞ Federal Ehtiyat Sisteminin siyasəti və iqtisadi sabitliklə bağlı narahatlıqlar fonunda qızıl bu il ərzində 50%-dən çox dəyər qazanıb. Artan geosiyasi gərginlik fonunda mərkəzi banklar da qızıl ehtiyatlarını artırmaqda davam edirlər.
Spot qızıl çərşənbə günü 4,059,31 dollara yüksəldikdən sonra 0,3 faiz ucuzlaşaraq bir unsiya üçün 4,031,21 dollara enib.
Digər qiymətli metallar bazarında da eniş müşahidə olunub. Platin cüzi dəyər itirib, palladium isə əvvəlki sessiyadakı güclü artımdan sonra sabit qalıb. Gümüş bir qədər ucuzlaşsa da, 1993-cü ildən bəri qeydə alınan ən yüksək səviyyələrə yaxın ticarət edilməkdə davam edir.
İnvestorlar hazırda həm ABŞ-dakı iqtisadi göstəriciləri, həm də geosiyasi prosesləri yaxından izləyirlər.