Müəllif:Mehin Qasımova,Banco.az
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Fələstin üzrə xüsusi nümayəndəsi Jaco Cilliers BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn iştirak edərək qiymətləndirmələr edib.
Banco.az xəbər verir ki, Qəzzanın şok edici dağıntılara məruz qaldığını bildirən Cilliers, buna baxmayaraq qəzzalıların müqavimətinin inanılmaz olduğunu və Qəzza zolağının yenidən qurulması əzminin çox yüksək olduğunu bildirib.
Cilliers BMTİP olaraq bütün tərəflərin Qəzzada əldə olunan atəşkəsə hörmət etməli olduğunu vurğulayaraq, bunun Qəzzada uzunmüddətli sabitlik və bərpa üçün də vacib olduğunu vurğulayıb.
Cilliers bildirib ki, BMTİP artıq təqribən 81.000 ton dağıntı çıxarıb ki, bu da təxminən 3.100 yük maşını dağıntıya bərabərdir.
Cilliers Qəzzada yenidənqurma xərclərini təxmin etmək üçün BMT, Avropa Birliyi (AB) və Dünya Bankının birgə apardığı Aralıq Sürətli Zərər və Ehtiyacların Qiymətləndirilməsi (IRDNA) araşdırmasının Qəzzanın yenidən qurulması üçün təxminən 70 milyard dollara ehtiyac olacağını təxmin edir.