Müəllif: Gülnar Əhmədli, Banco.az
"İxrac icmalı"nın aprel sayında qeyri-neft sektoru üzrə 2024-cü ilin yanvar-mart aylarında həyata keçirilən ixracla bağlı qeyri-dövlət ixracatçı (özəl) subyektlərin reytinqi tərtib edilib.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Muradova Sahibə Səlimət qızı da yer alıb. O, özəl ixrac şirkətlərinin siyahısında 3-cü olub.
Belə ki, o, bu dövrdə 8,3 milyon dollarlıq ixrac həyata keçirib. Ötən ilin eyni dövründə S. Muradova ixrac həyata keçirməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!