Problemli kreditlərin həcmi növbəti dəfə artıb | Banco.az

Problemli kreditlərin həcmi növbəti dəfə artıb

Azərbaycanda problemli kreditlərin həcmi növbəti dəfə artıb. Azərbaycan Mərkəzi Bankına istinadən verilən məlumata görə, mayın 1-ə olan tarixə bank sektorunda problemli kreditlərin həcmi daha 42 milyon manat artaraq 895,6 milyon manat olub. Son bir ildə problemli kreditlərin həcmi təqribən 140 milyon manat və ya 18,7% artıb. Prooblemli kreditlərin ümumi kredit portfelində payı da yüksələrək 5,4%-dən 5,5%-ə çatıb. 

Mənbə: fins.az