Porsche 1,9 min əməkdaşını ixtisar etməyi planlaşdırır | Banco.az

Porsche 1,9 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Müəllif - Eldar Kərimov/Banco.az

 Almaniyanın lüks avtomobil istehsalçısı Porsche AG elektrik avtomobillərinə tələbatın azalması, eləcə də "mürəkkəb geosiyasi və iqtisadi şərtlər" fonunda dekadənin sonuna qədər 1,9 min əməkdaşını ixtisar etməyi planlaşdırır, şirkətin açıqlamasında bildirilib.

Porsche Almaniyadakı iki zavodunda kadr ixtisarlarını kompensasiya paketləri və erkən təqaüdə çıxmağa təşviq etməklə həyata keçirəcək. Bundan əlavə, şirkət yeni işçilərin işə qəbulunu məhdudlaşdırmağı planlaşdırır. 2029-cu ilə qədər Zuffenhausen və Weissach zavodlarında işçi sayını 15% azaltmaq məqsədi qarşıya qoyulub.

Şirkət vurğulayıb ki, 2030-cu ilə qədər Almaniyadakı bütün işçiləri üçün məşğulluq zəmanəti qüvvədə qalacaq. Beləliklə, bu müddət başa çatana qədər işdən çıxarılmalar yalnız könüllü əsaslarla həyata keçirilə bilər.