Müəllif - Fərid İslamov - Banco.az
ABŞ-ın Pfizer Inc. farmasevtik şirkəti obezlik müalicəsi dərmanları inkişaf etdirən biotibb şirkəti Metsera Inc.-ni alacaq.
Pfizer açıqlayıb ki, Metsera-nın bütün səhmlərini 47,5 dollardan nağd ödənişlə alacaq, bu isə cümə günü bağlanış qiymətinə nəzərən təxminən 42,5% əlavə deməkdir.
Bundan əlavə, Pfizer Metsera-nın müəyyən hədəflərə çatması halında əlavə olaraq hər səhmlə 22,5 dollar ödəməyə hazırdır. Bu hədəflərə şirkətin dərmanlarının son sınaq mərhələlərinə çıxması və istifadəyə icazə alınması daxildir.
Beləliklə, Metsera-nın ümumi dəyəri 7,3 milyard dollara qədər qiymətləndirilə bilər.
Əməliyyatın tamamlanması, tələb olunan icazə və təsdiqlərin alınmasından asılı olaraq, 2025-ci ilin dördüncü rübündə gözlənilir.
