Peru Mərkəzi Bankı faiz dərəcələrini dəyişməyib | Banco.az

Peru Mərkəzi Bankı faiz dərəcələrini dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Peru Mərkəzi Bankı faiz dərəcələrini dəyişməz olaraq saxlayıb.

Banco.az xəbər verir ki, Peru Mərkəzi Bankı qlobal ticarət müharibələrinin inflyasiyaya təsirini qiymətləndirmək məqsədilə cümə axşamı günü faiz dərəcələrini sabit saxlayıb.

Mərkəzi Bank proqnozlara uyğun olaraq uçot dərəcəsini 4,75% səviyyəsində saxlayıb. “Bloomberg”in sorğusunda iştirak edən 11 iqtisadçıdan yeddisi bu qərarı proqnozlaşdırmış, qalan dördü isə faizin 4,5%-ə endiriləcəyini gözləmişdi.

Bankın açıqlamasında yerli inflyasiya meyillərinin müsbət istiqamətdə olduğu bildirilərkən, qlobal iqtisadi risklərin artdığına diqqət çəkilib. 

Açıqlamada qeyd edilib: “Xarici ticarətə istiqamətlənən məhdudlaşdırıcı tədbirlərin təsiri ilə bağlı yüksək qeyri-müəyyənlik səbəbindən qlobal iqtisadi risklər artmışdır.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram