“Perplexity” süni intellektlə dizayn startapı “Visual Electric”i satın alıb | Banco.az

“Perplexity” süni intellektlə dizayn startapı “Visual Electric”i satın alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Perplexity” süni intellektlə dizayn startapı “Visual Electric”i satın alıb.

Banco.az xəbər verir ki, ABŞ-lı süni intellekt proqram təminatı şirkəti “Perplexity” süni intellekt dizayn startapı “Visual Electric”i satın alıb. Şirkətdən verilən açıqlamada bildirilib ki, “Visual Electric” komandası “Perplexity”də yeni yaradılan “Agent Experiences” qrupuna qoşulacaq.

“Perplexity”nin baş direktoru Aravind Srinivas satınalmanı “X” sosial şəbəkəsində paylaşdığı postla təsdiqləyib. Razılaşmanın maliyyə şərtləri barədə məlumat açıqlanmayıb.

Startap keçidin bir hissəsi olaraq “Visual Electric”in 90 gün ərzində məhsul kimi fəaliyyətini dayandıracağını bildirib. Həmçinin istifadəçilərin öz məlumatlarını ixrac edə biləcəkləri və abunəçilərə nisbət üzrə geri ödənişlərin ediləcəyi əlavə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram