Banco.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, sentyabr ayında Paşa Kapital (32 mln manat) brokerlərin renkinqinə başçılıq edir. O digər rəqibərini isə ən az 2 dəfə qabaqlayaraq, əlçatmaz mövqedə dayanıb. Növbəti ilk iki yerdə Brokdil-AZ MMC (14 mln) və BoB Broker MMC (13) qərarlaşıb.
Unicapital və AzFinance İnvestisiya Şirkəti QSC-nin əməliyyatlarının həcmi təxminən bərabər olub. Texnika Kapital Menecment MMC və Standard Kapital MMC hər biri təxminən 3 mln manatlıq əqd bağlayaraq növbəti pilləyə sahibləniblər.
Yerdə qalan Çelsi Kapital MMC isə 1mln manatdan aşağı dəyərdə əməliyyat apararq, siyahıda sonuncu yeri tutub.
Xidmətlərin həcminə görə brokerlərin reytinqi (sentyabr, 2015)
|
Xidmətlərin həcminə görə yeri |
Brokerlər |
Əməliyyatlarının həcmi (AZN) |
|
1 - (1) |
Paşa Kapital MMC |
32 168 037.33 |
|
2 - (3) |
Brokdil-AZ MMC |
14 465 463.32 |
|
3 - (-) |
BoB Broker MMC |
13 549 930.48 |
|
4 - (4) |
Unicapital ASC |
9 484 144.81 |
|
5 - (2) |
AzFinance İnvestisiya Şirkəti QSC |
8 108 660.56 |
|
6 - (7) |
Xalq Kapital MMC |
6 696 103.43 |
|
7 - (5) |
Texnika Kapital Menecment MMC |
3 812 188.89 |
|
8 - (-) |
Standard Kapital MMC |
3 462 616.00 |
|
9 - (6) |
YapıKredi İnvest MMC |
2 040 768.00 |
|
10 - (8) |
Çelsi Kapital MMC |
14 264.40 |
|
(sentyabr 2015) Renkinq repo əməliyyatlar istisna olmaqla dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə hesablanıb.. |
||
