“PAŞA Bank”dan taksi sürücülərinə hədiyyəli kampaniya! | Banco.az

“PAŞA Bank”dan taksi sürücülərinə hədiyyəli kampaniya!

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” müştəri təcrübəsini təkmilləşdirmək məqsədilə yeni kampaniyaya start verir. 

5 avqust - 5 sentyabr 2025-ci il tarixlərində keçirilən kampaniya çərçivəsində “mPOS” – mobil POS-terminal məhsulu sifariş edən və ilk ödənişini qəbul edən hər taksi sürücüsünə “Azpetrol” yanacaqdoldurma şəbəkəsindən 10 AZN dəyərində Aİ-92, Aİ-95 (premium) markalı benzin, dizel və ya qaz yanacaq kuponu hədiyyə ediləcək. Kampaniya taksi fəaliyyət kodu ilə hesab açan və kampaniya müddətində "mPOS" sifariş edib ilk ödənişi qəbul edən sürücülərə şamil olunur. Yanacaq hədiyyəsi barədə bildiriş sürücülərin nömrəsinə xüsusi kod vasitəsilə göndəriləcək.

Daha ətraflı məlumat və "mPOS" məhsulu sifariş etmək üçün linkə keçid edin. 

Müştəriyönümlü həllər təqdim etməyə davam edən "PAŞA Bank"ın “mPOS” məhsulu 2024-cü ildən etibarən biznes sahiblərinin xidmətindədir. Biznes sahibləri depozit və dövriyyə tələbi olmadan “mPOS” məhsulundan istifadə edərək təmassız ödənişləri telefonları ilə qəbul edə bilirlər. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram