PAŞA Bank-ın kredit portfeli 222 mln. manat artıb | Banco.az

PAŞA Bank-ın kredit portfeli 222 mln. manat artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

PAŞA Bank-ın xalis mənfəəti 2025-ci ilin birinci rübündə 44 milyon 17 min manat təşkil edib. 

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2025-ci ilin mart ayının sonuna PAŞA Bank-ın aktivləri 8 milyard 248 milyon 112 min manata bərabər olub.

Hesabat dövründə PAŞA Bank-ın kredit portfeli 3 milyard 285 milyon 720 min manat təşkil edib ki, bu da illik müqayisədə 221 milyon 606 min manat (7,2%) artım deməkdir. 

Bu ilin aprel ayının əvvəlinə bankın depozit portfeli isə 6 milyard 320 milyon 801 min manat olub. Bunun da 1 milyard 781 milyon 718 min manatını fiziki şəxslərin depozitləri, 4 milyard 539 milyon 84 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram