PAŞA Bank-da hüquqi şəxslərin depozitləri 24%-dək artıb | Banco.az

PAŞA Bank-da hüquqi şəxslərin depozitləri 24%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

PAŞA Bank-ın depozit portfeli 31 dekabr 2025-ci il tarixinə 7 milyard 552 milyon 109 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın depozit portfeli 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 142 milyon 53 min manat və ya 17,8% artıb.

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 1 milyard 956 milyon 448 min manat, hüquqi şəxslərin depozitləri isə 5 milyard 595 milyon 661 min manat təşkil edib. 

İllik müqayisədə fiziki şəxslərin depozitləri 68 milyon 40 min manat (3,6%), hüquqi şəxslərin depozitləri isə 1 milyard 74 milyon 13 min manat (23,8%) artıb. 

2024-cü ilin  eyni dövründə depozitlərin məbləği müvafiq olaraq 1 milyard 888 milyon 408 min manat və 4 milyard 521 milyon 648 min manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram