"PARA" BOKT audit hesabatını açıqlayıb | Banco.az

"PARA" BOKT audit hesabatını açıqlayıb

"PARA BOKT" 2024-cü il üzrə audit hesabatını açıqlayıb.

Banco.az təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ilin sonunda "PARA BOKT"un faiz gəlirləri 5 milyon 405 min manata bərabər olub. Bu, illik müqayisədə 198 min manat və ya 3,8% çoxdur. 

Kredit təşkilatının xalis faiz gəlirləri ötən ilin 31 dekabr tarixinə 4 milyon 247 min manat təşkil edib. Xalis faiz gəlirləri 2023-cü ilin sonuna nisbətdə 4,8% artıb.

Təşkilat 2024-cü ilin sonunda 18 milyon 513 min cəmi aktivlərə malik olub. Aktivlərin 10 milyon 376 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

Hesabat dövründə şirkətin əməliyyat gəlirləri 4 milyon 18 min manata bərabər olub. 

"PARA BOKT"un kapitalı ötən il 1 milyon 202 min manat və ya 6,7% artaraq 19 milyon 137 min manata yüksəlib. Hesabat dövründə qurumun nizamnamə kapitalının məbləği isə 29 milyon 266 min manat təşkil edib.

2024-cü ildə "PARA BOKT"  işçi heyətinə 278 min manat, inzibati xərclərə isə 1 milyon 48 min manat xərcləyib. 

Qeyd edək ki, “PARABOKT” ASC maliyyə sektorunun liderlərindən biri kimi illərdir fəaliyyət göstərən, kredit əldə etməkdə geniş fürsətlər yaradan Bank Olmayan Kredit Təşkilatıdır. “PARA” brendinin tarixi 1991-ci ildə, Respublikamızın dövlət müstəqilliyi bərpa olunduğu dövrlərdə yaranan ilk banklardan olan Parabankdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram