Müəllif: Tamara Mustafayeva, Banco.az
“Panasonic Holdings Corp.” 10 000 işçini ixtisar etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, “Panasonic Holdings Corp.” artım vəəd etməyən əməliyyatları azaltmaq və mənfəətliliyi artırmaq siyasətinin bir hissəsi olaraq 10 min işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.
Osaka mərkəzli şirkət verdiyi bəyanatda bildirib ki, Yaponiyada 5 min əməkdaşını və konsolidə edilmiş şirkətlərdəki 5 min xaricdəki işçisini işdən çıxaracaq.
“Panasonic” yenidənqurma prosesi üçün bir il ərzində təxminən 895 milyon ABŞ dolları məbləğində xərc gözlədiyini bildirib.
“Tesla”nın batareya tədarükçüsü olan şirkət 2029-cu ilin mart ayına qədər 10% və ya daha yüksək səhm kapitalı gəliri hədəflədiyini açıqlayıb.
Bununla yanaşı, şirkət əməliyyatlarını sadələşdirməyi, sənaye cihazları və televizorlar kimi böyüməyən sahələrdə tempini azaltmağı və süni intellektin daha geniş tətbiqi ilə irəliləyiş əldə etməyi planlaşdırdığını da bəyan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!