2019-cu ilin əvvəli ilə müqayisədə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 465.431 vahid artıb və 2025-ci ilin iyun ayının 1-nə 1.867.346 olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.
Qeyd edilib ki, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 451.200 vahid artaraq 991.122 təşkil edib.