Müəllif: Gülnar Əhmədli, Banco.az
"Azərenerji" ATSC 2023-cü ildə 401,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın yanvar sayına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 336,5 milyon ABŞ dolları və ya 6,2 dəfə çoxdur.
Qeyd edək ki, "Azərenerji" 2022-ci ildə ixracdan 65 milyon ABŞ dolları gəlir əldə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!