2024-cü ildə Azərbaycanda 380,704 fermerə 362,5 milyon manat məbləğində subsidiyalar ödənilib.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “4-cü AqroBiznesin İnkişafı Forumu: Harmoniyaya gedən yol” tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, fermerlərin texnika və damazlıq heyvanlarla təminatı sahəsində də dövlət onların yanındadır:
“2023-cü il ərzində 6,477 texnika üçün 83,9 milyon manat, ötən il isə 9,107 texnika üçün 80,8 milyon manat güzəşt ayrılıb. Həmçinin, 2024-cü ildə 5,830 baş damazlıq heyvan üzrə 17,4 milyon manat güzəşt təqdim olunub. Bu maliyyə təşviqləri həm yerli istehsalın stimullaşdırılmasına, həm də iqlim risklərinə dayanıqlı təsərrüfatların qurulmasına xidmət edir”.
apa