Ötən il Azərbaycana gəlib-gedən əcnəbilərin sayı açıqlanıb | Banco.az

Ötən il Azərbaycana gəlib-gedən əcnəbilərin sayı açıqlanıb

Ötən il Azərbaycana gələn-gedən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsinin yayımladığı “Azərbaycan rəqəmlərdə" qısa statistik məcmuəsində qeyd olunub.

Məlumata əsasən, Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2024-cü il ərzində 2 milyon 626 min 700 nəfər olub:

"Turzim məqsədilə gələnlərin sayı 1 milyon 855 min 100 nəfər olub. Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 2 milyon 158 min 900 nəfər təşkil edib. Eyni zamanda turizm məqsədilə xarici ölkələrə gedənlər də 1 milyon 365 min 600 nəfər olub".