Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2024-cü ildə 279 milyon 681 min ABŞ dolları dəyərində 1 milyon 292 min 26 ton buğda idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 8% azalıb, həcmi isə 9.9% artıb.
Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 216.5 dollar olub ki, bu da 2023-cü ilin eyni dövrü (258.6 dollar) ilə müqayisədə 16.3% və ya 42.1 dollar azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!